Mustafa Ceceli “Şəhidlər xiyabanı”nda - FOTO

Türkiyəli müğənni Mustafa Ceceli dünən Bakıya gəlib.

BakuPost.az-ın axşam.az-a istinadən məlumatına görə, sənətçi azərbaycanlı biznesmenin oğlunun nişan mərasiminə qatılıb.

Bu gün isə Mustafa "Şəhidlər xiyabanı”nı ziyarət edib. Daha sonra isə o, aktrisa Məlahət Abbasovanın "Məlahətli söhbətlər” verilişinin çəkilişinə qatılıb.

Qeyd edək ki, Ceceli paytaxtımıza bəstəkar Kəmalə Qasımovanın dəvəti ilə gəlib. O, Mustafa üçün mahnı da yazıb. Bəstənin klipində Azərbaycanın tarixi məkanlarının görüntüləri yer alacaq. 

Fərrux və Güləndam eyni zamanda K.Qasımovanın qohumudur.
 

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

22 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər