Ru
15:14 / 28 Fevral 2017

“Müşfiqdən bir sətir bilməyənlər hay-küy salıblar” - Ziyalılardan abidə açıqlaması

4580

Dünən Mikayıl Müşfiqin büstünün yerindən götürülməsi
cəmiyyətin bütün təbəqələrində narazılıqla qarşılandı. Mədəniyyət Nazirliyi "Azəravtoyol” ASC-ni kəskin tənqid
edərək, hətta məhkəməyə üz tutacağını elan etdi. 
Daha sonra isə məlum oldu ki, əslində, heykəl
dağıdılmayıb. Sadəcə olaraq həmin ərazidə abadlaşdırma işləri aparıldığından heykəl
anbarda saxlanılır. Bu gün isə sözügedən ərazidə yeni park salınacağı, Mikayıl
Müşfiqin abidəsinin də parkın mərkəzində qoyulacağı açıqlandı.


BakiPost.az məsələ ilə bağlı bir nüçə tanınmış şəxsin
mövqeyini öyrənib.


Millət vəkili Fazil Mustafa saytımıza açıqlamasında
deyib ki, Müşfiqin büstü olan yerdə yol infrastruktunda dəyişiklik olduğu üçün
abidənin götürülməsi məqsədəuyğundur:


 


"Azərbaycan cəmiyyətində və insanların qəlbində
Müşviqin xatirəsinə həssas münasibət var. Onun büstü olan yerdə yol infrastruktunda
dəyişirilik olduğu üçün abidənin götürülməsini məqsədə uyğun hesab edirəm. Çünki
xalqın sevimlisi olan Müşfiqin abidəsinə elə bir yerin seçilməsi və qəbirüstü
abidəyə bənzəyən heykəlin özü Müşfiqin adına və ruhuna edilmiş ən böyük hörmətsizlik
idi. O abidə və yer Müşfiqin adına layiq deyildi”.


Fazil Mustafa maraqlı bir təklilə də çıxış edib: "Sovet
kəşfiyyatçısı Fridrix Zorgenin Azərbaycan üçün yeganə dəyəri onun təsadüfən
Bakıda doğulması olub və abidəsinin gətirib belə bir yerdə qoyulması düzgün
deyildi. Elə Zorgenin abidəsi olan yerdə Müşfiqin heykəlini ucaltmaq daha
düzgün olardı. Ümumiyyətlə Azərbaycan cəmiyyətində qəribə olan budur ki, Bakını
erməni qırğınından xilas edən, işğaldan azad edən Nuru Paşaya heykəl
qoyulmamasını bir vəfasızlıq kimi qiymətləndirmirik, amma müəyyən şəxslərin
abidəsinin qoyulmamasına etiraz və narazılıq ifadə edirik. Mən təklif edərdim
ki, elə Zorgenin heykəli olan yerdə Müşfiqin abidəsi uçaldılsın.”


Millət vəkili Fəzail İbrahimli də həmkarı kimi abidənin
daha əzəmətli və daha gözəgəlimli şəkildə ucaldılması təklifi ilə çıxış edib:


 


"Ümumiyyətlə ortada hələ heç bir şey yoxdu, kim nə gəldi danışır. Yalnız işin nəticəsindən
sonra fikir bildirmək olar. Azərbaycanda geniş quruculuq işləri gedir. Şəhərin
hər yerində quruculuq-abadlıq işləri aparılır. Müşfiqin adına layiq olmayan
yerdə o kiçik bağın bir küncünə sıxılımış heykəlinin ləğv edilməsində narahatlığa
qətiyyən heç bir əsas yoxdur. Dəqiq mənbələrdən aldığım məlumata əsasalanaraq əminliklə
bildirirəm ki, şəhərin görkəmli yerində Müşdiqin adına layiq olan əzəmətli abidə
ucaldılacaq”.

Keçmiş təhsil naziri Firudin Cəlilov isə son günlər
böyük söz-söhbətə səbəb olmuş bu məsələdən narahatlıq keçirdiyini dilə gətirib və
insanları bir az səbrli olmağa çağırıb:


 


"Müşfiqin abidəsi ətrafında bilib-bilmədən
söz-söhbət, hay-küy baş alıb gedir. Qətiyyən bu barədə pis düşünüb kimləri isə
günahlandırmaq olmaz. Məndə olan məlumata görə, Mikayıl Müşfiqin abidəsinin
olduğu yerə yaxın bir restoran var, insanlar yeyib-içdikdən sonra gecələr abidənin
ətrafını murdarlayırdılar. Bu dahamı yaxşıdır? Yol infrakstrukturunun dəyişməsi
və abadlıq işlərinin aparılması ilə bağlı bu heykəlin götürülməsi əslində alqışlanası
haldır. Çünki xalqın sevimli oğlu Mikayıl Müşfiqə Sovet dövründə seçilmiş olan
o kiçik və diqqətdən kənar qalmış ərazidə abidə qoyulmasının özü, bu gənc
yaşında dünyasını dəyişib repressiya qurbanı olmuş şairin ruhuna bir hörmətsizlik
olub. Mən əminəm ki, yolun təmiri ilə əlaqədar bu heykəlin yeri dəyişdirilib
daha gözəl bir yerdə Müşfiqin adına layiq olan ərazidə abidə ucaldılacaq. Təmir-tikinti
işlərini görən insanlar da bizim vətənin oğullarıdır. Onlar heç də sosial şəbəkələrdə
hay-küy qoparanlardan az sevmir ölkəsini. Ona görə bir az səbrli olub gözləmək
lazımdır. Abadlıq işi bitsin və deyilənlər olmasa o zaman irad və şikayətlərini
etsinlər. İş yeni başlayıb, biz isə görülən işə balta vurmaqla məşğuluq”.

Şair-yazar İlqar Fəhmi isə hesab edir ki, bəziləri
sanki mövzu qıtlığından bu kimi məsələlərlə şou yaradırlar:


 


"Əslində bu məsələ
insanların həssas nöqtəsidir, ona görə də belə mövzularda şou yaratmağa
çalışanlar böyük səhvə yol verirlər. Mikayıl Müşfiqin abidəsinin yerinin dəyişdirilməsi
məsələsinə müsbət yanaşmaq lazımdır. Bu məsələ şəhərin memarlıq strukturlarının
və digər aidiyyəti olan orqanların işidir. Onlar seçib hansısa bir parka Müşfiqin
adını verib, həmin yerdə onun abidəsini ucalda da bilərlər və ya öz yerində
yenidən daha gözəl abidə də qoya bilərlər. Düzdür, Müfiqin abidəsi olan yer
park olmasa da yol kənarı bir yer olduğu üçün tanınırdı. Mənim günahlandırdığım
KİV-dir, dəqiq məlumat əldə etmədən məsələni şişirdib nələrsə yazırlar. Bir
zaman Vahidin heykəlini də Filarmoniya bağından götürəndə hay-küy
qaldırmışdılar, sonradan İçəri şəhərə keçirdilər. Müşfiqin heykəli ətrafında
hay-küy salan adamlardan xəbər alsanız görərsiniz ki, Müşfiqin bir sətir şerini
də bilmirlər. İndi durub belə şou yaratmağın bir mənası varmı?”


Yazıçı Seyran Səxavət isə Müşfiqin yüzminlərlə
insanın qəlbində abidəsi olduğunu deyib:


 


"Bu söz-söhbəti mən də eşitmişəm.
İnsanlar çox səbirsizdir. Bir az gözləyək, işlər yekunlaşsın və görək nə olur.
Hər kəs bilməlidir ki, yüzminlərlə insanın qəbində Mikayıl Müşfiqin abidəsi
var. Həmin abidəni dağıtmaq mümkün deyil. O ki qaldı abidənin götürülməsinə,
inanıram ki, ətraf işlər bitəndən sonra heykəl yerinə qoyulacaq. Amma mən də
Fazil Mustafa ilə razıyam. O düz deyir, o abidə və o yer ona yaraşmır. Dörd yol
ayrıcında, tozun torpağın içində Mikayıl Müşfiq yaşaya bilməz. Çünki o ölü
deyil, hələ də yaşayır. Orda heç kim yaşaya bilməz. Məsələdən məlumatı
olmayanların səs-küy salması da ona bənzəyir ki, bilmirlər qazanda bişən nədir,
bir çömçə də mənə ver deyirlər. İnsanları bir az səbirli olmağa çağırıram.
Mikayıl Müşfiqin o abidəsini görmüşdüm, o kişinin daha böyük və əzəmətli heykəli
olmalıdır. Bu abidəni ordan, həmin o tozun-torpağın altından götürməklə bəlkə
onun da ruhunu şad ediblər. Əgər bu addım atılıbsa, daha ciddi yanaşılmalıdır məsələyə.
Düşünürəm ki, Müşfiqin heykəlini onun özünə layiq olan bir yerdə və layiq olan
şəkildə ucaldacaqlar. Bunu hətta müzakirəyə çıxarıb gözəl yer də seçmək olar.
Fazil Mustafanın Zorge bağında Müşfiqə heykəl qoyulması fikrini də bəyəndim. Ən
azı ona görə ki, Zorge Mikayılın bir sətir şerini də yaza bilməyib və yaza da
bilməzdi. Müşviq həm də tale baxımından bu xalqa yaxındır. Mikayıl Müşfiq bizim
həssas yerimizdir. O öz dəyərini xalqın ürəyində tapıb, amma şəhərdə də yerini
tapmalıdır. Bakının ən gözəl yerlərindən birində onun abidəsi
ucalmalıdır."


Bakı Post

“Müşfiqdən bir sətir bilməyənlər hay-küy salıblar” -  Ziyalılardan abidə açıqlaması
“Müşfiqdən bir sətir bilməyənlər hay-küy salıblar” -  Ziyalılardan abidə açıqlaması
“Müşfiqdən bir sətir bilməyənlər hay-küy salıblar” -  Ziyalılardan abidə açıqlaması
“Müşfiqdən bir sətir bilməyənlər hay-küy salıblar” -  Ziyalılardan abidə açıqlaması
“Müşfiqdən bir sətir bilməyənlər hay-küy salıblar” -  Ziyalılardan abidə açıqlaması
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər