Müşfiqabadda ağır qəza - 3 nəfər öldü/ ADLAR

946
DİN ötən gün Müşfiqabadda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən BakuPost-a verilən məlumata görə, iyunun 12-si saat 6 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Sumqayıt şəhər sakini Taleh Ağayevin idarə etdiyi "KamAZ” və Xaçmaz rayon sakini Zahid Şahmuradovun idarə etdiyi "VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə Z.Şahmuradov, sərnişinləri, Şəmkir rayon sakinləri Gülnar İsmayılova və azyaşlı Mustafa İsmayılov hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər