Müsəlman qadın prezident oldu

Sinqapurun yeni prezidenti parlamentin sabiq spikeri Həlimə Yakob seçilib.

BakuPost.az xəbər verir ki, bu barədə seçki komissiyasının sədri Ev Vay Çun məlumat verib. Yakob ölkə tarixində ilk qadın prezident, həmçinin 50 il ərzində bu vəzifəni tutan malay icmasının ilk nümayəndəsi olub.

Noyabrda qəbul edilmiş qanuna görə, bu seçkilərdə yalnız malaylılar iştirak edə bilər. 4 namizəd yerində Yakobla 2 namizəd mübarizə aparıb. Lakin onlar da seçilmək hüququ verən sertifikatı əldə edə bilməyib, prezident yarışından çıxıblar.

Bundan əlavə prezident vəzifəsinə öz namizədliyini dövlət işində təcrübəsi olan, yaxud büdcəsi 371 milyon ABŞ dollarını keçən şirkət prezidenti irəli sürə bilər.
 
Bu kriteriyalara yalnız Həlimə Yakob cavab verib.
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər