Ru
16:53 / 09 Dekabr 2016

Ümumukrayna Azərbaycanlılarının IV Forumu başlayır - Canlı yayımlanacaq

671
Sabah Kiyev şəhərdində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşəbbüsü ilə  "Ukraynada Azərbaycan diasporunun lobbiçilik fəaliyyətinin önəmi və iş adamlarının diaspora inteqrasiyası” mövzusunda Ümumukrayna Azərbaycanlılarının IV Forumu keçiriləcək. 


Azadinform xəbər verir ki, Forum tarixində ilk dəfə sosial şəbəkələr Об'єднана Діаспора Азербайджанців України və You Tube kanalı Diaspora Vision vasitəsilə Bakı vaxtı ilə saat 17.00-da canlı yayımlanacaq.

 
Forumda Azərbaycandan və Avropadan qonaqlar, Ukraynanın bütün regionlarında yaşayan və biznes fəaliyyəti ilə məşğul olan iş adamları iştirak edəcək. Dünyada yaşayan azərbaycanlılar isə Foruma müasir informasiya-kommunikasiya vasitələri ilə canlı qoşulub suallarını, təkliflərini və tövsiyyələrini verə biləcəklər. 


Forum  iştirakçıları Dünya Azərbaycanlılarının Bakıda keçirilən sonuncu Qurultayında  - Prezident İlham Əliyevin səsləndirdiyi tövsiyələrin daha çevik həyata keçirilməsi yollarını müzakirə edəcəklər. 


İnformasiya sahəsində uğurlu fəaliyyət, sosial şəbəkələrdə aktivlik, Ukrayn dilində Azərbaycanla bağlı mövcud səhifələrin daha da gücləndirilməsi, ölkəmizlə bağlı maraqlı məlumatların həmin səhifələrdə yerləşdirilməsi və Ukrayna mediası ilə əlaqələrin gücləndirilməsi Forum iştirakçılarının diqqət edəcəyi məsələlərdən olacaq. 


Bundan başqa, Forumda Azərbaycanlıların Ukrayna dövlət və qanunvericilik orqanlarında - təhsil müəssisələri, yerli idarəetmə orqanları, səhiyyə və icra qurumlarında təmsilçiliklərinin artırılması məsələləri qarşıya qoyulacaq.  


Forum iştirakçılarına həmçinin Azərbaycanın turizm potensialının təbliği, multikultural və tolerant ölkə olduğunu Ukrayna cəmiyyətinə çatdırmaq tövsiyyə olunacaq, bizneslə məşğul olan soydaşlarımız Azərbaycana sərmayə qoymağa dəvət ediləcək.  

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər