Ru
11:45 / 26 Sentyabr 2018

Müharibə və xaos vaxtı yaranan, 26 ildir, ayaqda qalan partiya

1703
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) yaranmasından 26 il ötür. 


BakuPost xəbər verir ki, VHP 1992-ci ilin bu günündə, Azərbaycan tarixinin ən ağır dönəmində - müharibə və daxili xaosun hökm sürdüyü bir anda meydana atılıb. Gərgin müharibə, erməni işğalçılarına dəstək verən qüvvələrin ölkəni zəiflətmək cəhdləri, hakimiyyət uğrunda mübarizə aparan iddiaçılar və etnik qrupların fəaliyyəti...


Belə bir vaxtda yeni partiya ölkənin milli varlığının və gələcəyinin təminatı olan əsas prinsipləri, siyasi ideoloji hədəfi düzgün müəyyənləşdirmişdi.


Xalq arasında böyük nüfuza malik olan, meydan hərəkatının əsas təşkilatçı və liderlərindən biri kimi şöhrət qazanmış Sabir Rüstəmxanlı partiyanın təsis qurultayındakı çıxışında demişdi:

 

Картинки по запросу sabir rüstəmxanlı


"Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir... Xalqların azadlıq mübarizəsinin tarixi göstərir ki, bütün siyasət adamları - ən liberal və ən radikal yol tutanlar da müəyyən məsafə keçib, beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: məmləkətin qurtuluşu yalnız həmrəylikdədir!

 

Başqa dillə desək vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə ana torpaq...”


Hazırda ölkədə gedən proseslər VHP liderinin 26 il öncə irəli sürdüyü ideologiyanın nə qədər doğru və çağdaş olduğunu gözlər önünə sərir.

 



VHP 26 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirib.


Bu gün 80-ə yaxın bölgə təşkilatında VHP-nin iyirmi minə yaxın üzvü var. Partiya təşkilatlarında və rəhbərliyində ölkə vətəndaşı olan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsil olunurlar. Partiyanın əsas nüvəsini gənclər təşkil edir. Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda demokratik qüvvələr düşərgəsində ön sırada dayanan partiyalardan biridir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqın və köçkünlərin öz torpaqlarına qayıtması, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin var olması VHP-nin əsas hədəfi olaraq qalır. 


Partiyanın 26 il əvvəl irəli sürdüyü şüar bu gün də qüvvədədir: "Nicatımız - Vətəndaş Həmrəyliyindədir!”

 


Müharibə və xaos vaxtı yaranan, 26 ildir, ayaqda qalan partiya
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər