Ru
16:02 / 25 May 2017

Müəllimlərin imtahanında ürəyi gedənlər oldu

1237
Bu gün Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yerləşən Zəngilan, Xocavənd, Cəbrayıl, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli və Laçın rayonlarının ümumi təhsil müəssisələrinin müəllimləri diaqnostik qiymətləndirilmədən keçiblər.


Əldə etdiyimiz məlumata görə, imtahana gələn müəllimlər arasında ürəyi gedənlər olub.


Diaqnostik qiymətləndirilmədə  iştirak etmiş Günel adlı müəllimə Modern.az saytına ürəyi gedən təhsil işçiləri ilə bağlı xəbəri təsdiqləyib.


"Bu gün Memarlıq və İnşaat Universitetində imtahan verdim. Bizim imtahanda bir müəllimin ürəyi getmişdi. Təcili yardım çağırdılar.

Sonra ürəyi gedən müəllim imtahanda oturdu. Ondan başqa, bir neçə müəllimin də halı dəyişdi. Su gətirdilər.

 

Bir müəllim onurğasından əməliyyat olunmuşdu deyə, halı pisləşdi. 67 yaşı vardı. Otura bilmirdi. Biz içəri keçəndə çantalarımızı yoxladılar. Kişi müəllimlərin telefonlarını söndürüb stolun üstünə qoydular. Çünki kişilərin çantası olmur. Amma imtahanın şəffaf keçdiyini deyə bilərəm. Köçürmə halları yox idi”.

 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər