Ru
12:13 / 26 May 2018

Müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanıldı

2100
Azərbaycan Texniki Universitetinin idman zalında müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə başlanılıb.


BakuPost APA-ya istinadən xəbər verir ki, ibtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi bu gün və sabah, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may - 2 iyun tarixlərində keçiriləcək.


Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.


Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 20 minə yaxın müəllim iştirak edəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər