Ru
12:57 / 24 May 2018

Müəllimi polisə şikayət edən direktor nazirliyə çağırıldı

2703
Lənkəran rayonu Gəgiran kənd orta məktəbin müəllimi Həbib Əlizadəni polisə şikayət edən direktor Ziyafəddin Cavadov Təhsil Nazirliyinə çağırılıb.


BakuPost xəbər verir ki, bu haqda məlumatı müəllim özünün feysbuk səhifəsində paylaşıb:


"Lənkəran şəhər Polis Şöbəsinə getdim. Şöbədən hər hansı ciddi problem olmadığını və işimə davam edə biləcəyimi bildirdilər. Ümid edirəm elə olacaq. Yeniliklər olan kimi bölüşəcəm. Operativ maraqlanıb məsələni nəzarətə götürdüyü üçün Təhsil Nazirliyinə, bütün sosial şəbəkə istifadəçilərinə, mediayaya dərin təşəkkür edirəm. Fəalliyyətimiz sizin dəstəyinizlə davam edəcək. Hər şey üçün minnətdaram.”.


Qeyd edək ki, direktor müəllimi uşaqları icazəsiz Bakıya ekskursiyaya aparacağı üçün polisə şikayət etmişdi. Müəllim isə cavabında hər şeyin icazəli olduğunu, bu addımın ona qarşı qərəzli şəkildə atıldığını bildirib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər