Ru
15:17 / 20 Sentyabr 2017

Müdafiə Nazirliyi MAXE yığır

71479
Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan hərbi vəzifəlilər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edə bilərlər.

 

BakuPost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Silahlı Qüvvələrin ehtiyacları nəzərə alınmaqla hərbi vəzifəlilər yalnız müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarına qəbul edilirlər.

 

Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş şəxs (şəxslər) SQ TTM-in komandanlığına ərizə ilə müraciət etməlidir. Namizəd tərtib edilmiş sənədlərlə (şəxsi işi ilə) birlikdə yaradılmış peşə-psixoloji seçim komissiyasına təqdim olunur. Namizədin fiziki hazırlığı, ümumi bilik səviyyəsi, məntiqi mühakimə, qərar qəbuletmə, düşünmə qabiliyyəti, peşə maraqları, ixtisas hazırlığı, ünsiyyət qurmaq bacarığı, fərdi-psixoloji və digər keyfiyyətləri öyrənilir. Komissiya tərəfindən peşəkar yararlılığı müsbət qiymətləndirilən namizədin adı namizədlər siyahısına daxil edilir və növbəti qəbul zamanı o, kursa göndərilir.

 

Kursa təqdim olunan namizəd Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasında tibbi müayinədən keçərək onun xidmətə yararlılıq dərəcəsi müəyyən edilir.

 

Yararlı hesab edilən namizədlər SQ TTM-də təşkil olunan qəbul imtahanlarında iştirak edir. İmtahanları müvəffəqiyyətlə vermiş namizədlər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna qəbul edilirlər. Kursu müvəffəqiyyətlə başa vuran namizədlər müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilirlər və ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

 

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul şərtləri:

SQ TTM-də təşkil olunan "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ən azı ümumi orta təhsilli, 28 yaşınadək vətəndaşlar qəbul olunurlar.

 

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na namizədlərlə onların kursu bitirdikdən sonra 3 il müddətinə könüllü qaydada əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma imzalanır.

 

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq istəyən namizədlər 20 sentyabr 2017-ci il tarixdən 3 oktyabr 2017-ci il tarixədək ərizə ilə SQ TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;

- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;

- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;

- nigah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 2 nüsxədə;

- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - 2 nüsxədə;

- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 2 nüsxədə;

- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm. və 2 ədəd 9x12 sm. ölçüdə);

- məhkumluğun olub olmaması barədə qeydiyyatda olduğu polis idarəsi (şöbəsi) tərəfindən verilmiş arayış;

- hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti - 2 ədəd;

- sağlamlıq haqqında yalnız Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından verilmiş arayış (forma 7).

 

Qeyd: Məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciət etməmələri xahiş olunur.

 

Qəbul olunmaq üçün müraciət etmiş namizədlər test üsulu ilə ümumi fənlərdən və fiziki hazırlıqdan keçirilən imtahanlara cəlb edilirlər.

 

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, "Qızıl Şərq” hərbi şəhərciyi. (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi, telefon: (012) 538-85-62)

 

Müraciət etmə vaxtı: sentyabrın 20-dən oktyabrın 3-dək hər gün (bazar günü istisna olmaqla) saat 09.00-dan 18.00-dək
Şərhlər
  • Ağalarov Elgün

    Salam 23 yaşim var mən MAXE işləmək istəyirəm yiğim nə vaxt başlayır birdə nəsənətlər lazımdı zəhmət olmasa deyərdiniz 0516655898

  • Memmedov Emin

    Men hal hazirda FHN da isleyirem amma herbide islemey isteyirem lacinda onun ucun hara muraciet edim nomrem budu 050442725o

  • Vaqif Məməmmədov

    Salam men 930 nömreli herbi hisede quluq elemiwem indise maxe kimi iwlemek isdiyirem 099 823 00 07

  • Nadirov Nadir

    Men 3cü korpus 191 H/H.de quluq etmişem 44günüy muharbedede olmuşam men indi maxe işdemek isdirem sizden xayiş edirem kömeklik görsederdizde Əlaqe nömrem 051-330-50-36

  • Tanırverdiyev orcalı

    Salam mən tanırverdiyev orcalı Nizami oğlu 14.7.2017cildə ordu sıralarında xidmətdə olmuşam 14.1.2019da təxris olmuşam hal-hazırda istəyirəm ki MAXE kimi ordu sıralarında xidmət etmək istəyirəm tel 051 879 29 37

  • Samir Mehtiyev

    Mxhq olmaq isdeyrem Amma kursun vaxdini bilmirem

  • Mahmudov tural

    Maxe olmaq isteyirem 0514480227

  • Xasayzade Zakir Nesimi Oglu

    Men Xasayzade Zakir Nesimi oglu 2004 tevllud Gedebeyde xidmet etmişem 171 4 tapor 12 bolukde xidmet etmiwem

  • Vüsal Cəfərov

    Mən cəfərov vusal qabil oglu maxe isləmək istəyirəm və müddətdən artıq həqiqi hərbi xidmətdə qulux etmək istəyirəm 0552479561 boyum1.64 çəkim 60 Yevlax rayon yuxarı bucaq kəndindənəm

  • Ismayil Yusifli

    Maxe kimi islemek istiyirem Eskerlikden geldiyim 7 ildir 26 yasim var 0517047489

  • Məmmədli Cavid

    Salam ) Men Ordu Siralarinda Vetene Xidmet Etmek Isteyirem ) 051 491 75 94

  • Ələkbərov Rəşad

    29 yaşim var Azərbaycan ordusuna yazilib xidmət etmək istəyirəm zəhmət olmasa qeydə alasiniz 077-295-26-49

  • İlkin Qarayev

    Sizdə xaş edirəm ki məni işə qəbul edesiz 2 Qarabağ döyüşcsuyem xocevent Cəbrayıl Zəngilan rayonlarında döyüşmusem sürücülük vəsiqəm var 0554166252

  • SEMMEDOV KAMİL NİCAT

    Salam ozum baxcivanda quluq etmisem pesem tuslayicdir ozum polis siralarinda isdeyi cixmisam xİs edirem meni ise goturesiz

  • Samir Aliyev

    Mən komando Qüvvələrində Müddətdən artığ ve bir neçə müddər sonra İzə Gizirlyi isdiyirəm

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər