Mübariz İbrahimovun doğum və I Pyotrun vəfatı günü...

Elməddin Behbud

Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya vətəndaşı, bloqer Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası təbii ki, cənab Prezidentin siyasi iradəsinin, dövlətimizin nüfuzunun və gücünün göstəricisidir. Belarus prezidenti Aleksandr Lukaşenkonun bu məsələdə təzyiqlərə baş əyməyərək prinsipallıq nümayiş etdirməsi faktı da unudulmazdır. Qarabağ mövzusu ilə bağlı istənilən məsələdə bütün analtiklərin və müvafiq mərkəzlərin diqqətinin orbitində hər zaman Rusiyanın dayanması heç kimə sirr deyil. Ardıcıl baş verən son hadisələrdən sonra da ilk növbədə Rusiyanın açıq və gizli reaksiyasının necə olacağı mənə maraqlı gəlir. Yəqin ki, bu reaksiyanın formasına tezliklə şahidlik edəcəyik.

Birincisi, dünən əfsanəvi qəhrəman Mübariz İbrahimovun doğum günündə şəhid Çingiz Qurbanova Milli Qəhrəman adı verildi. Bununla dövlətimiz işğalçıya və onun əsas hamisinə mesaj verdi ki, qüvvələr nisbətinin hələlik qarşı tərəfin xeyrinə olmasına baxmayaraq, Azərbaycan ərazilərini hərbi yolla işğaldan azad etməkdən nəinki çəkinməyəcək, əksinə daha intensiv şəkildə və qətiyyətlə bu cəhdlərini davam etdirəcək...

İkincisi, işğal edilmiş ərazilərimizə qeyri-qanuni daxil olaraq Azərbaycan dövlətçiliyinə qarşı çirkin kampaniya aparan, oyuncaq cinayətkar rejimi məth edən Aleksandr Lapşin müasir panslavyanistlərin əsas kumiri olan, 18-ci əsrdə Rusiyanın inkişafında müstəsna rol oynamış I Pyotrun (rus. Пётр I Великий, Пётр Алексеевич Романов) vəfatı günü ərəfəsində Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verildi. Bununla da ərazi bütövlüyümüzə hörmət edilməsində güzəştsiz olduğumuzla bağlı mesajın müvafiq ünvan(lar)a nə qədər dəqiq və aydın şəkildə çatdırıldığının növbəti dəfə şahidi olduq.
 
Demək bugünkü reallıqlar baxımından çox çətin görünən Azərbaycan vətəndaşları olan cinayətkar separatçı liderlərin ilk fürsətdəcə həbsə alınaraq hüquqi məsuliyyətə cəlb olunacağı, yaxud Ukraynadakı "həmkarları" kimi "uzaq səfərə" göndəriləcəyi də xəyal deyil. Əksinə zərurətin diktə etdiyi reallıqdır...

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

29 Aprel 2017
Bütün xəbərlər
Bütün xəbərlər