Ru
15:57 / 23 Yanvar 2017

Muğanlı-İsmayıllı yolunda hərəkət çətinləşdi - Qar

2359
Ötən gecə İsmayıllı rayonuna yağan güclü qar Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaradıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, yola təxminən 10 santimetr hündürlüyündə düşən qar və dumanlı hava şəraiti gecə saatlarında İsmayıllı-Muğanlı dolaylarında hərəkət üçün təhlükəli vəziyyət yaradıb, mövsümə hazır olmayan bəzi minik avtomobilləri yolda qalıb.

 

Bu gün səhər saatlarında 9 saylı "İsmayıllı Yol İstismar” MMC-nin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, yollar qardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub. Yolun buz bağlayan hissəsi qardan təmizlənib, əraziyə düz və qum səpilib. Hazırda İsmayıllı-Muğanlı yolunda nəqliyyatın hərəkəti bərpa olunsa da, mütəxəssislər bu gün axşam saatlarından başlayaraq yolun yenidən buz bağlayacağı və hərəkət üçün təhlükəli vəziyyət yaranacağı barədə xəbərdarlıq edir, sürücülərə alternativ yollardan istifadə etməyi məsləhət görürlər.

 

Qeyd edək ki, Ağsu aşırımına da qar yağıb, Şamaxı rayonu ərazisindəki dolaylar qar və buzdan təmizlənib.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər