Ru
11:17 / 18 Oktyabr 2018

MTRŞ-dən əməkdar artistin efir BİABIRÇILIĞINA REAKSİYA

1801
Milli Televiziya və Radio Şurası (MTRŞ) ARB TV-də yayımlanan "Canım sizə desin” adlı proqramının ötəngünkü buraxılışında aparıcının qonaqla bayağı davranması mövzusuna münasibət bildirib.


BakuPost-un məlumatına görə MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov "Report”a açıqlamasında bildirib ki, verilişdə konkret qanun pozuntusu olmayıb: "Bununla belə, əlbəttə, verilişdə aparıcılar da, iştirakçılar da bayağı hərəkətlərdən qaçmalıdırlar”.

Qeyd edək ki, verilişin aparıcısı əməkdar artist Mehriban Xanlarovanın verilişin qonağı "Azəri Vandam” kimi tanınan şəxsə qarşı hərəkətləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər