Ru
21:28 / 26 May 2017

Moskvada terror hazırlayan 4 nəfər həbs edildi

636
Moskvada terror aktı hazırlamaqda şübhəli bilinən 4 şəxs məhkəmənin qərarı ilə həbs edilib.


BakiPost.az-ın APA-ya istinadən məlumatına görə, bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti məhkəməyə müraciət edərək mayın 25-də saxlanılan Məhəmmədyusif Aşurov, Furkat Kuşayev, Abduşükür Gülmirzəyev və Maqomed Davudova həbsini tələb edib.


Bu gün məhkəmə qərarı ilə onlar barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, Rusiya və Mərkəzi Asiya vətəndaşları ibarət terror qruplaşmasının üzvləri Moskvanın nəqliyyat infrastrukturu obyektlərində terror aktları törətməyi planlaşdırıb. Bildirilir ki, onlara İŞİD-lə əlaqəli suriyalılar rəhbərlik edib.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər