Ru
21:02 / 18 İyun 2018

- Azərbaycanlılar yaralandı Moskvada qəza

2373
İyunun 16-sı Moskva şəhərində taksi sürücüsünün piyada yoluna çıxaraq yeddi nəfəri vurması nəticəsində iki nəfər Azərbaycan Respublikasının vətəndaşı xəsarət alıb.


Azərbaycanın Rusiyadakı səfirliyindən BakuPost-a verilən xəbərə əsasən, insident haqqında məlumat səfirliyə daxil olan kimi səfir Polad Bülbüloğlunun göstərişiylə soydaşlarımızın yerləşdiyi tibb müəssəsi ilə əlaqə saxlanılıb. Verilən məlumata görə, xəsarət alanların vəziyyəti qənaətbəxş olduğundan onlar evə buraxılıblar.


Xatırladaq ki, iyunun 16-sı Moskvanın mərkəzində taksi yolun kənarında duran piyadaları vurması nəticəsində 7 nəfər yaralanıb.


Qəzanın ilkin səbəbi kimi, sürücünün idarəetməni itirməsi göstərilir. Taksi sürücüsünün sözlərinə görə o, əyləc əvəzinə qazı basıb. Sürücü bölgə polis bölməsinə aparılıb. Hadisənin başvermə səbəbləri aydınlaşdırılır və yoxlamalar aparılır.


Yol hərəkətinin təşkili mərkəzindən verilən məlumata əsasən sürücü Qırğızıstanın respublikasının sürücülük vəsiqəsiylə nəqliyyat vasitəsini idarə edirdi. Sürücü hadisənin təsadüf nəticəsində baş verdiyini bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər