Ru
23:04 / 16 Fevral 2018

Moskvada azərbaycanlı uşağın donmuş meyiti tapılıb - FOTO

4101
Bu gün səhər Moskvada dəhşətli faciə baş verib. Uşaq bağçasının tərbiyəçisi 3 yaşlı Zəhra Rzayevanın donmuş meyitini aşkarlayıb. 


BakuPost yerli mətbuata istinadən xəbər verir ki, səhər saat 9-da tərbiyəçi qadın uşaqları gəzintiyə çıxarıb, lakin az sonra hamı geri qayıdıb. Təxminən 2 saat sonra tərbiyəçi anlayıb ki, uşaqlardan biri yerində deyil. O, dayə ilə birlikdə bağçanın ətrafını nəzərdən keçirən vaxt 3 yaşlı Zəhranın qarın üstündə donmuş meyitini tapıb.


Hadisə yerinə gəlmiş təcili yardım həkimləri uşağın öldüyünü bildiriblər.

 

Bu arada "360” telekanalı xəbər verir ki, Zəhranın atasının sözlərinə görə, bir neçə gün əvvəl qızının bədənində göyümtül izlər görüb. Azərbaycandan olan ailə uzun illərdir ki, Moskvada yaşayır. Ailədə Zəhradan başqa daha iki uşaq böyüyür.

 

"Moskovskiy komsomolets” hüquq-mühafizə orqanlarındakı mənbələrdən dəqiqləşdirib ki, Moskvadakı uşaq bağçasında müəmmalı şəraitdə ölən 3 yaşlı azərbaycanlı qızın donvurmadan ölməsi barədə ilkin ehtimal təsdiqini tapmır. Çünki uşağın bədənində onun soyuqdan donduğunu göstərən əlamətlər yoxdur. Habelə zorakılıq əlamətlərinə rast gəlinməyib.


Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva üzrə İdarəsində cinayət işi başlanıb.

 

Moskvada azərbaycanlı uşağın donmuş meyiti tapılıb -  FOTO
Moskvada azərbaycanlı uşağın donmuş meyiti tapılıb -  FOTO
Moskvada azərbaycanlı uşağın donmuş meyiti tapılıb -  FOTO
Moskvada azərbaycanlı uşağın donmuş meyiti tapılıb -  FOTO
Moskvada azərbaycanlı uşağın donmuş meyiti tapılıb -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər