Ru
23:47 / 27 Oktyabr 2016

Moskva Dövlət Pedooji Universitetinin müəllimləri BSU-da mühazirə oxuyublar

3651
27 oktyabr 2016-cı il tarixdə Moskva Dövlət Pedaqoji Universitetinin (MDPU) bir qrup professor və müəllim heyəti Bakı Slavyan Universitetinin (BSU) tələbələri qarşısında mühazirə oxumaq üçün Bakıya gəlib.

 

Bu haqda BSU-nun mətbuat xidmətindən BakıPost.az-a məlumat verilib.

 

Qonaqları BSU-da universitetin rektoru, professor Nurlana Əliyeva qəbul etmiş və Rusiya ilə Azərbaycanın ali təhsil müəssisələri arasındakı əlaqələr barədə qısaca məlumat vermişdir. O, bu münasibətlərin dövlət başçıları səviyyəsində də dəstəkləndiyini qeyd edib: "Prezidentlərimiz arasındakı çox yaxın dostluq münasibətləri bütün sahələrə, o cümlədən təhsil sahəsinə də öz müsbət təsirini göstərməkdədir. Əminəm ki, Moskva Dövlət Pedaqoji Universiteti ilə Bakı Slavyan Universiteti arasındakı əlaqələr bundan sonra daha da uğurla inkişaf edəcək.”


MDPU-nun prorektoru Lyudmila Trubina BSU-da çox səmimi qaşılandıqlarına görə universitetin rəhbərliyinə təşəkkürürünü bildirərək, mühazirə oxuyacaq professor və müəllim heyətini gənclərə təqdim edib. O, bildirib ki, azərbaycanı tələbələr onları maraqlandıran suallarla moskvalı müəllimlərə-pedaqoji elmlər naməzədi, məktəbəqədərki təhsilin nəzəriyyəsi və metodikası kafedrasının dosenti İrina Andryuşinaya, filologiya elmləri namizədi, rus dili kafedrasının dosenti, ibtidai siniflər üçün rus dili dərsliyinin müəllifi Stansilav İvanova, pedoqoji elmlər doktoru, ədəbiyyat metodikası kafedrasının müdiri, orta məktəblər üçün ədəbiyyat dərsliyinin müəllifi, deseratisiya şurasının sədri Viktor Çertova, pedoqoji elmlər namizədi, ritorika və nitq mədəniyyəti kafedrasının müdiri Olqa Knyazevaya, psixologiya elmləri namizədi tətbiqi dilşunaslıq kafedrasının dosenti Nataliya Dutkoya müraciət edə bilərlər.


Qısa tanışlıqdan sonra MDPU-nun professor və müəllim heyəti BSU-nun müxtəlif auditoriyalarinda öz ixtisasları üzrə muhazirələr oxuyblar.

 

BakıPost.az
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər