Ru
00:43 / 22 May 2018

Mobil operatorlardan birinin ofisinə girdilər - Şirkətə 5 min ziyan vurulub

2770
Şabran rayonunda oğurluq hadisəsinin üstü açılıb.


DİN Mətbuat Xidmətindən BakuPost-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 5-də Təkiyə kəndində mobil telefon operatorlarının birinə məxsus stansiyadan oğurluq etməkdə şübhəli bilinən 3 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb. Araşdırmalarla onların Siyəzən rayon sakini Binyamin Əliyev, Çaraq kənd sakinləri Vilayət Hacıbalayev və Aqil Əzimov olduqları məlum olub.


Aparılan tədbirlərlə onların 51 metr elektrik və fiber kabel, habelə 4 ədəd akkumulyator və kondisionerin hissələrini oğurlamaqla, mobil  operator şirkətinə 4898 manat maddi ziyan vurduqları müəyyən olunub.


Faktla bağlı Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər