Ru
15:45 / 23 Yanvar 2017

Mirzə Fətəli Axundzadə haqqında yeni monoqrafiya

2518
Bu günlərdə "Elm və təhsil” nəşriyyatında ədəbiyyatşünas alim Şahbaz Şamıoğlunun "Mirzə Fətəli Axundzadə (dövrü, elmi bioqrafiyası və müasirləşmə konsepsiyası)” monoqrafiyası çap edilibr.

 

Monoqrafiyanın elmi redaktoru və ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Akademik İsa Həbibbəyli "Mirzə Fətəli Axundzadə haqqında çox yazmaqla yaxşı yazmağın arasında” adlı dərin məzmunlu və əhatəli ön sözündə monoqrafiyanın elmi əhəmiyyətindən bəhs edib, tədqiqat əsərini "Mirzə Fətəli Axundzadə haqqında müstəqillik işığında yenidən çox yazmağın parolu, yaxşı yazmağın təzə bir nümunəsi” kimi dəyərləndirib.


AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunan monoqrafiyaya filologiya üzrə elmlər doktoru, professor Alxan Bayramoğlu və filologiya üzrə fəlsəfə doktoru Güldəniz Qocayeva rəy veriblər. Qeyd edək ki, bu, Şahbaz Şamıoğlunun sayca altıncı, M.F.Axundzadəyə dair ikinci monoqrafiyasıdır. Bundan əvvəl onun böyük yazıçının müasirləri ilə ədəbi-ictimai əlaqələrinin tədqiqinə həsr olunmuş "Mirzə Fətəli Axundzadənin gürcü müasirləri” (2012) əsəri işıq üzü görüb.


Üç fəsildən ibarət olan "Mirzə Fətəli Axundzadə (dövrü, elmi bioqrafiyası və müasirləşmə konsepsiyası)” monoqrafiyası mütəxəssislər, ali məktəblərin tələbələri və magistrlər üçün nəzərdə tutulub.

 

 

Bakı Post
Mirzə Fətəli Axundzadə haqqında yeni monoqrafiya
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər