Miqrantlar qar altında qaldı – VİDEO

Yunanıstanın Midilli adasındakı Moria düşərgəsində yerləşdirilən 3 min nəfər miqrantın bir hissəsi ölkənin hərbi dəniz qüvvələrinə məxsus olan döyüş gəmisinə köçürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb sözügedən düşərgənin insan yaşaması üçün yararsız vəziyyətdə olmasıdır.
BMT rəsmiləri və könüllüləri də Moria düşərgəsinə baş çəkərək, oranın yaşayış üçün təhlükəli olması barədə rəy veriblər. Adaya yağan qar düşərgədə qurulan çadırları sıradan çıxarıb. Bu səbəbdən də miqrantlar qarın altında qalıblar.

BMT rəsmiləri mövcud vəziyyətlə əlaqədar Yunanıstanın baş naziri Aleksis Çiprasa müraciət ediblər. Müraciət müsbət nəticə verib. Baş naziri Aleksis Çiprasın təlimatı ilə adaya "Lesvos” adlı hərbi gəmi göndərilib.

Daha sonra Midilli limanında gözləyən miqrantlar 500 nəfərlik yataq yeri olan hərbi gəmiyə köçürülüblər.
 
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

16 Dekabr 2017
15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər