Ru
12:42 / 22 May 2018

Minik və yük maşınları toqquşdu - 3 nəfər xəsarət aldı/ YENİLƏNİB

2214
Lənkəranda yol qəzası olub.
BakuPost APA-ya istinadən xəbər verir ki, "VAZ 2107" markalı minik və "KamAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

 

*** Xəsarət alan şəxslər - Lənkəran rayonunun Biləsər kənd sakini, 1982-ci il təvəllüdlü Nahid Zeynal oğlu Həsənov, Bürcəli kənd sakini, 1991-ci il təvəllüdlü Asim Natiq oğlu Feyziyev və Bürcəli kənd sakini, 1992-ci il təvəllüdlü Elnur Baladdin oğlu Sovqatov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.



A. Feyziyevin vəziyyəti daha ağırdır. O, qəza zamanı boyunun sağ nahiyəsinin kəsilməsi xəsarəti və ağır kəllə-beyin travması alıb. A. Feyziyev və E. Sovqatov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Məlumata görə, VAZ 2107 markalı avtomobil ötmə əməliyyatı zamanı əks hərəkət zolağına çıxıb. 

 

Faktla bağlı araşdırma aparılır.

Minik və yük maşınları toqquşdu -  3 nəfər xəsarət aldı/ YENİLƏNİB
Minik və yük maşınları toqquşdu -  3 nəfər xəsarət aldı/ YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər