Ru
10:04 / 20 Oktyabr 2018

Minik və yük maşını toqquşdu - Xəsarət alan var

1232
Cəlilabad rayonunda yol qəzası baş verib.


BakuPost Report-a istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, TIR markalı yük maşını yolun kənarında dayanmış "Jiquli" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki avtomobil yolun kənarına aşıb. Minik avtomobilinin sürücüsü, Sabirabad rayon sakini, 1977-ci il təvəllüdlü Ramin Yunis oğlu Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəyə ilkin səbəb kimi hava şəraitinin dumanlı olması göstərilir. 


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər