Ru
16:37 / 22 İyun 2018

Minik avtomobili motosikletlə toqquşdu - Xəsarət alanlar var

1936
Kürdəmir rayonunda yol qəzası baş verib. 


BakuPost Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Babək prospektində qeydə alınıb. 


Belə ki, "Hyundai" markalı minik avtomobili "Muravey" markalı motosikletlə toqquşub. Nəticədə motosikletdə olan Kürdəmir rayonunun Aran qəsəbəsinin sakinləri - sürücü, 1961-ci il təvəllüdlü Qardaşəli Əbülfəz oğlu Rüstəmov və sərnişini, 1959-cu il təvəllüdlü Şakir Əlmusa oğlu Zərbalıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər