Ru
14:14 / 24 İyun 2017

Mingəçevirdə leysan - 100-dən çox evi su basdı/FOTO

1035
 Mingəçevir şəhərində güclü küləklə müşayiət olunan leysan ağır fəsadlar törədib. 


"Report” Şirvan bürosunun verdiyi məlumata əsasən, Günəşli massivində yüzdən çox fərdi yaşayış evini su basıb, xeyli sayda ev quşu tələf olub. 

Sakinlərin evi, həyəti su, lil və palçıqla dolub, küçələr keçilməz hala düşüb. Hazırda massivin 13, 14 və 15-ci küçələrində selin fəsadları aradan qaldırılır. Əraziyə xeyli sayda texniki qurğu cəlb olunub.


Mütəxəssislər fəsadların ağır olmasını massivdən keçən Yevlax rayonunun Havarlı kəndini su ilə təmin edən kanalın çəkilişində yol verilən texniki nöqsanlarla əlaqələndiriblər. 


Belə ki, kanalın müəyyən hissələri lazımi səviyyədə bərkidilməyib, bəzi boru xətlərinin ağzı açıq qalıb və tələb olunan hissədə şülüz qoyulmayıb. 

 

BakuPost

 









Mingəçevirdə leysan -  100-dən çox evi su basdı/FOTO
Mingəçevirdə leysan -  100-dən çox evi su basdı/FOTO
Mingəçevirdə leysan -  100-dən çox evi su basdı/FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər