Ru
16:33 / 22 May 2017

Mingəçevirdə dönərçi faciəvi şəkildə öldü

1131
Mingəçevir şəhərində dönərçini elektrik cərəyanı vuraraq öldürüb.


"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin "Sahil parkı" ərazisində yerləşən "Baku" restoranında  qeydə alınıb.


Belə ki, restoranda dönərçi işləyən Yevlax rayonunun Aran qəsəbəsinin sakini, 1986-cı il təvəllüdlü Anar Rəhim oğlu Həsənlini elektrik cərəyanı vurub.

İlkin məlumata görə, hadisə elektrik enerjisi ilə çalışan dönər aparatının nasaz olması səbəbindən baş verib .

 

O, dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A.Həsənli ailəli olub, 3 azyaşlı uşağı var 

 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər