Ru
21:21 / 20 Sentyabr 2018

Milyardlıq xərçəng dərmanları fındıq qabıqlarıyla tarixə qovuşur - Türkiyəli alimlərdən inqilabi kəşf

3639
Türkiyədə alimlər xərçəng xəstəliyi ilə mübarizədə inqilabi yenilik ediblər.


BakuPost Medicina.az-a istinadən xəbər verir ki, akademiklər 2 il ərzində laboratoriyada fındıq qabıqları üzərində araşdırma aparıblar.


Təxminən 500 min ton fındıq qabığı üzərində aparılan tədqiqatlar zamanı onlar kimyaterapiya dərmanlarının aktiv tərkib hissəsini əldə ediblər. Məlumat üçün bildirək ki, sözügedən 3 dərmanın dünyadakı ticarət dövriyyəsi 2 milyard dollardır. 


Daha sonra fərqli mərhələlərdə təcrübələr edən elm adamları dərmanın istehsalı üçün bəzi şirkətlərlə görüşlər keçirib.


Fındıq qalıqlarından əldə edilən maddənin şirkətlər tərəfindən dərman kimi istehsal edilərək xərçəng müalicəsində istifadə edilməsi planlaşdırılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər