Ru
13:27 / 27 Mart 2017

Millimizin futbolçusu Avropadan dəvət aldı

945
Azərbaycan millisinin və "Qarabağ" komandasının futbolçusu Qara Qarayev Avropanın aparıcı çempionatlarından çıxış edən klublardan təklif alıb.


Bu barədə Report-a AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru Riad Rəfiyev məlumat verib.


Federasiya rəsmisinin sözlərinə görə, 25 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsində və 2018-ci il dünya çempionatının seçmə qrup matçlarında sərgilədiyi oyunla əcnəbi skautların diqqətini cəlb edib. R.Rəfiyev bildirib ki, onun xarici kluba keçidi ilə bağlı duruma cari mövsüm başa çatdıqdan sonra aydınlıq gələcək:


"Mövsüm başa çatmadığından və futbolçunun "Qarabağ"la müqaviləsi davam etdiyindən, hələlik ad çəkmək düzgün deyil. Lakin Avropanın bəzi ölkələrindən Qarayevlə maraqlananlar var. Bu, Almaniya da ola bilər, İspaniya da, Portuqaliya da. Hələlik nəsə demək tezdir. Onlar AFFA ilə əlaqə yaradaraq, yalnız Qarayevlə maraqlanıblar. Futbolçunun keçidinin baş tutacağı ilə bağlı qəti söz deyə bilmərəm".


Qeyd edək ki, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçi də ötən gün Almaniya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra təşkil edilən mətbuat konfrasında Qara Qarayevin Avropanın güclü çempionatlarında oynamalarını istədiyini bildirib.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər