Millimizin DÇ 2018 həyəcanı yaxınlaşır – Açıqlama

"Sabah Avstriyaya yollanacağıq. Hazırlığın əsas mərhələsi orda olacaq. İnanıram ki, pik formamızı yığacağıq”. 
 
BakiPost.az xəbər verir ki, bu sözləri DÇ 2018-də Şimali İrlandiya ilə oyun öncəsi milli komandamızın və "Qarabağ”ın üzvü Qara Qarayev bildirib.
Yığmanın müdafiəçisi qol.az saytına geniş müsahibəsində milliləşdirilən braziliyalı oyunçu Almeyida barəsində deyib ki, o, Azərbaycan futboluna, mentalitetimizə uyğunlaşıb: "Millimizin bütün futbolçuları onu yaxşı tanıyır. Buna görə də uyğunlaşma sarıdan problem yaşamayacaq. Çünki "Qarabağ”ın 8 futbolçusu millimizdədir. 
Bu görüşdə hər kəs bizdən qələbə gözləyir. Bu da bizə oyuna hazırlaşmaq planımızda mane ola bilər. Ancaq işimizin ciddiliyini tərk edirik”. 
 
Q.Qarayev qeyd edib ki, Ş.İrlandiyanın oyunlarını izləyiblər: "Almaniya ilə görüşdə oyun planında uduzmalı deyildilər. 
Bir az bəxtsizlikdən, bir az da almanların daha təcrübəli olduğu üçün qol buraxdılar. Həqiqətən də son vaxtlar çox güclüdürlər”.

Qeyd edək ki, millimiz ilk görüşdə səfərdə 4:0 məğlub olub. Qrupda Almaniya 15xala liderlik edir. Ş.İrlandiya 10 xalla ikinci, Çexiya 8 xalla üçüncü, Azərbaycan isə 7 xalla 4-cü pillədə qərarlaşıb. Bu görüşdə qələbə millimizin DÇ 2018 finalında iştirak şansını artıra bilər.  





Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

22 May 2017
Bütün xəbərlər
Bütün xəbərlər