Ru
09:59 / 24 Aprel 2018

Milli Məclis toplanır - 20 məsələyə baxılacaq

2201

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

BakuPost.az xəbər verir ki, iclasda ilk öncə
"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiyasının Qanununa
baxılacaq.

Daha sonra İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik
məruzəsi dinləniləcək və müzakirə ediləcək. Bundan əlavə, "Peşə təhsili
haqqında" qanun layihəsi üçüncü oxunuşda, o cümlədən İnzibati Xətalar
Məcəlləsinə, Cinayət Məcəlləsinə, Vergi Məcəlləsinə, "Dövlət qulluğu
haqqında", "Əmək pensiyaları haqqında", "Dövlət sosial
sığorta sistemində fərdi uçot haqqında" və digər qanunlara əlavə və
dəyişikliklər müzakirəyə çıxarılacaq.

Ümumilikdə iclasın gündəliyinə 20 məsələ daxildir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər