Ru
14:50 / 24 Aprel 2018

Milli Məclis müflisləşmə haqqında qanunu qəbul etdi

2280

Bu
gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası
keçirilib.
   

BakuPost APA-ya istinadən xəbər
verir ki, iclasda "Müflisləşmə və iflas haqqında" qanunda dəyişiklik
layihəsi müzakirə olunub.

Layihəyə
əsasən, dəyəri borclunun aktivlərinin 5% və daha çox hissəsini təşkil edən
aktivlərin satılması əmlak inzibatçısı tərəfindən hazırlanan və bu qanunun
48-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmiş qaydada kreditorların yığıncağında
təsdiq edilən satış planına uyğun olaraq açıq hərrac yolu ilə və bu qanunun
26-cı maddəsində müəyyən edilmiş hallar olduqda digər üsullarla həyata
keçirilir. Dəyəri borclunun aktivlərinin 5%-dən az hissəsini təşkil edən
aktivlərinin satılması əmlak inzibatçısı tərəfindən bu qanunun tələbləri nəzərə
alınmaqla kreditorlar yığıncağının razılığı olmadan həyata keçirilə və ya satış
planına daxil edilməsi təklif olunur.

Borclunun
öz əmlak hüquqlarının verilməsinin məhdudlaşdırılması maddəsində də dəyişiklik
edilib. Dəyişikliyə əsasən borclunun iflas prosesinə başlanması məqamından
əvvəlki 6 ay ərzində bir kreditoru digər kreditorlara münasibətdə ödənişlərin
növbəliliyində üstün vəziyyətə gətirəcək əqdlər bağlandıqda əmlak inzibatçısı
borclunun bağladığı əqdlərin mübahisələndirilməsi üçün məhkəməyə müraciət edə
biləcək.

Qeyd edək
ki, mövcud qanunvericiliyə əsasən hüquqların verilməsi və ya girov hüququnun
yaradılması bu qanunun 2-ci maddəsində göstərilmiş iflas prosesinə başlanılması
məqamından əvvəlki 90 gün ərzində həyata keçirildikdə borclu məhkəməyə müraciət
edə bilir.

Layihə
borclunun ləğv edilməsinə maksimum yol verməmək üçün sağlamlaşdırma
tədbirlərinin tətbiqinə imkanlar və mexanizmlər yaratmaq məqsədi ilə
hazırlanıb.

Qanun
layihəsi Milli Məclisdə səsə qoyularaq qəbul edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər