Milli Məclis dünya dövlətlərinə müraciət edəcək - Xocalı soyqırımı ilə bağlı

Azərbaycan Milli Məclisi Xocalı Soyqırımının 25 illiyi ilə bağlı dünya dövlətlərinə müraciət edəcək.


 

BakiPost.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.


Onun sözlərinə görə, hər il olduğu kimi bu il də Azərbaycan Milli Məclisi dünya ölkələrinin parlamentinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlayacaq: "Əvvəlki illərdə də Xocalı soyqırımı ilə bağlı dünya ölkələrinin parlamentlərinə müraciətlər edilib.


Milli Məclis Xocalı Soyqırımın 10, 15, 20 illiyi ilə bağlı qərarlar qəbul edib. Milli Məclis hər il Xocalı Soyqırımı ilə bağlı bəyanat qəbul edir. Bu il də bu qərar qəbul olunacaq. Biz dünya dövlətlərinə müraciət edəcəyik”.


Vitse-spiker bildirib ki, Xocalı faciəsi azərbaycanlılara qarşı törədilən terrordur və erməni vandalizminin göstəricisidir.

 

 

 

Bakı Post

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

18 Oktyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər