Ru
10:18 / 20 Sentyabr 2017

Mikayıl Cabbarova yeni vəzifə veriləcək - Nazim İbrahimovun yerinə gəlir

1916
Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək.

 

Qurumun I vitse-prezidenti Yaşar Məmmədovun BakuPost.az-a verdiyi məlumata görə, Milli Olimpiya Komitəsində baş tutacaq tədbir saat 15:00-da start götürəcək. Konfransda prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovun federasiyanın rəhbəri seçiləcəyi gözlənilir.


M.Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidir.


Qeyd edək ki, bu, AQF-nin son bir ayda baş tutan ikinci hesabat-seçki konfransıdır. Avqustun 17-də keçirilmiş toplantıda Nazim İbrahimov yekdilliklə yenidən federasiya prezidenti seçilmişdi.
Mikayıl Cabbarova yeni vəzifə veriləcək -  Nazim İbrahimovun yerinə gəlir
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər