Ru
15:38 / 26 May 2017

Mikayıl Cabbarov baş redaktoru işdən çıxartıdırıb? - Açıqlama

1641
"Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün” informasiya proqramının keçmiş baş redaktoru Elman Gədikli işdən çıxıb.

 

BakuPost.az xəbər verir ki, o, işdən getməyi ilə bağlı Ölkə.Az-a danışıb. 



"Son bir ildə əsəblərim yerində deyildi. Bir ay ərzində isə bacımı və qardaşımı itirmişəm. Ona görə də çox gərginəm. Xəbərlər də ağır yerdir. Ona görə öz ərizəmlə işdən çıxmışam. Amma ola bilsin ki, nə vaxtsa Space-ə qayıtdım".


Keçmiş baş redaktor yerinə təyin edilən Azadə Balayeva barədə danışmaq istəməyib:


"Əgər rəhbərlik belə qərar veribsə, bunu onlardan soruşun".


Qeyd edək ki, E.Gədiklinin işdən çıxarılmasıyla bağlı da xəbərlər yayılıb. Bildirilir ki, təhsil sistemi haqda tənqidi süjetdən sonra təhsil naziri Mikayıl Cabbarov Space-in rəhbəri Vaqif Mustafayevə zəng vurub. Məhz bu zəngdən sonra Gədikli işdən çıxarılıb.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər