Ru
16:17 / 24 Aprel 2018

Metropolitenin şöbə rəisi rayon camaatını təhqir etdi - Keçmiş məmurun qızıdır

11464
Bakı Metropoliteninin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva rayon camaatını təhqir edib.


BakuPost xəbər verir ki, o, sosial şəbəkədə "pik” saatlarda qatarların hərəkət intervalının azaldılmasından şikayət edən Zakir Əlizadənin statusuna kəskin cavab yazıb. Belə ki, şikayətçinin səhvə yol verərək "ças pik” ("час пик”) əvəzinə "çastpik” yazmasına ironiya ilə yanaşan L. Babayeva cavabı ilə etirazlara səbəb olub.  


Bakı Metropoliteninin təmsilçisi Lalə Babayevanın statusa cavabı: ""Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdır”. (Hərçənd ki, Lalə Babayeva özü də cümləsində qrammatik səhvə yol verib və "yaranmazdı” yerinə  "yaranmazdır” yazıb).


Sosial şəbəkə istifadəçiləri onun bu cavabının kənd adamlarına təhqir olduğunu yazıb və #hamimizkendchiyik heşteqi altında kampaniya başladıb.


İctimai fəal Bəxtiyar Hacıyev isə L. Babayeva ilə bağlı maraqlı fakt açıqlayıb. O, metropolitendə şöbə rəhbəri olan xanımın "Bakı Metropoliteni” QSC-nin keçmiş sədr müavini Zaur Babayevin qızı olduğunu yazıb.


Məlumat üçün bildirək ki, Zaur Babayev əvvəllər "Bakelektrikşəbəkə”də işləyib, 2014-cü ildə "Bakı Metropoliteni” QSC-yə sədr müavini təyin olunub. Bir il sonra isə bu vəzifədən çıxarılıb.

 


 

Lala Babayeva adlı şəxsin şəkli.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər