Metroda oğurluq edən şəxs tutulub

1052
Metroda oğurluqla məşğul olan şəxs saxlanılıb.

BakuPost-un DİN-in saytına istinadən verdiyi məlumata görə, Lerik rayon sakini F.Məmmədzadə Bakı Baş Polis İdarəsinin  Metropolitendə Polis Şöbəsinə müraciət edərək metronun "28 May” stansiyasında qatarda cibindən mobil telefonunun oğurlandığını bildirib.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun  Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Nəcəfov olduğu müəyyən edilib.
 
Faktla bağlı cinayət işi başlanılıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər