Ru
17:59 / 16 Yanvar 2018

Məşhur polyak naşir Bakı Slavyan Universitetindən yazıb

3951
Polşanın məşhur naşiri Adam Marşalekin təsisçi olduğu "Exo” qəzetinin bir neçə sayında Bakı Slavyan Universiteti (BSU) haqqında materiallar dərc olunub. Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.


A.Marşalek məqalədə BSU-nun rektoru, professor Nurlana Əliyeva, prorektorlar Rafiq Novruzov və Əbülfəz Nağıyevlə görüşlərindən, universitetdə fəaliyyət göstərən Polyak Dili və Mədəniyyəti Mərkəzindən söhbət açıb. Azərbaycanın bu ali təhsil müəssisəsinin Avropanın ən yaxşı ali təhsil ocaqları ilə müqayisə oluna biləcəyini vurğulayan A.Marşalek "Exo” qəzetinin digər nömrəsində BSU-da çalışan almaniyalı professor Ziqlinda Hartman, Polşadan gəlmiş professor Danuta Pleçko ilə görüşlərini də xatırladıb. Qəzetdə, həmçinin BSU-da təhsil alan gənclərin hazırladıqları ədəbi-bədii proqramlardan şəkillər və reportajlar da yer alıb.


A.Marşalek reportajında Bakıda azərbaycanlı tələbələrlə polyak dilində danışmaqdan məmnun olduğunu bildirib. Bakını dünyanın ən müasir şəhərlərindən biri kimi dəyərləndirən A.Marşalek xalqımızın tolerantlıq və multikultural dəyərlərlə tanındığını, dünyaya bir model kimi çıxdığını da vurğulayıb. O, Avropanın özündə dini, irqi, etnik və mədəni problemlərin yaşandığı halda, Azərbaycanın hər yerində multikulturalizmin hakim olduğunu bildirir. Bakıda olarkən tələbələrdən bir çoxunun etnik-mədəni kimliyi ilə maraqlandığını qeyd edən naşir yazır: "Onların arasında etnik azlıqların nümayəndəsi var, amma görürəm ki, etnik-mədəni fərqlər tələbələr arasında, onların münasibətlərində heç bir problem yaratmır. Bu, həqiqətən, dünya üçün çox yaxşı örnək sayıla biləcək bir haldır”.


Qeyd edək ki, Polşada məşhur nəşriyyat evinin sahibi olan Y.Marşalek qəzetlə yanaşı, həm də iki jurnalın təsisçisidir. Ötən il onun qızı Yoanna Marşalek də BSU-da olub və tələbələr qarşısında silsilə mühazirələr oxuyub.

 

Məşhur polyak naşir Bakı Slavyan Universitetindən yazıb
Məşhur polyak naşir Bakı Slavyan Universitetindən yazıb
Məşhur polyak naşir Bakı Slavyan Universitetindən yazıb
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər