Şəbnəm qəzaya düşdü - Əri klinikada dava saldı/YENİLƏNİB

513
Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda qəzaya düşdüyü və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi deyilən müğənni Şəbnəm Tovuzludan xəbər var. 

BakuPost.az-ın Yenicag.az-a istinadən verdiyi məlumata görə, müğənninin xalası qızı Aytac müğənninin vəziyyətinin qənaətbəxş olduğunu deyib:

"Şəbnəm yaxşıdır, xəstəxanadadır, yəqin sabah çıxar. Qəza zamanı yüngül xəsarət alıb”.
 
***
11:49
 
Bu gecə Gəncədən Bakıya qayıdarkən müğənni Şəbnəm Əsədova (Tovuzlu) Bakı-Qazax yolunda qəzaya uğrayıb. 

BakuPost.az big.az-a istinadən xəbər verir ki, qəflətən qarşılarına çıxan "VAZ 21 07" avtomobili ilə toqquşan "Mercedes Viano" maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub. 

Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən - sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir.

Müğənninin şok yaşadığı deyilir.

Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı - müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.

Xatırladaq ki, bugün Şəbnəm Əsədovanın Mingeçevirdə "Sərin, sərin" adlı solo konserti baş tutmalı idi.
 
BakuPost
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər