Məşhur kosmetoloq pasiyentinin dodağını yandırdı - DƏHŞƏTLİ FOTOLAR

2327
Bir müddətdir ki, kosmetoloq Elnarə Rzayevanın adı mətbuatda müştəri şikayətləri ilə hallanır. Onun müxtəlif uğurprosedurlar həyata keçirdiyi pasiyentləri mətbuata üz tutaraq, başlarına gələnlərdən danışırlar. Onlardan biri də Xatirə Fərzullayevadır.

BakuPost criminal.az-a istinadən xəbər verir ki, X.Fərzullayeva dodağındakı biopolimeri (gel) əritmək üçün adıçəkilən kosmetoloqa müraciət edib. 

Onun sözlərinə görə, prosedurları etmək üçün kosmetoloqa 800 manat ödəyib. Lakin E. Rzayeva onun dodaqlarını yandıraraq bərbad hala qoyub: "Dəfələrlə qapısına getsəm də söydü. Dodağımın yarası sağalsa da hazırda bərbad haldadır. Dodağımı dermatoloqlar güclə sağaltdılar. Başıma gələnlərlə bağlı Nəsimi rayon Prokurorluğuna şikayət etdim. İşi prokurorluğun əməkdaşı Ələkbər müəllim araşdırdı. Həmin şəxs mənə qaranlıq olan səbəbdən işi bağladı. O, vəkilimi kənara çəkərək pul da təklif edib. Deyib ki, Elnarədən pul almışam, sənin haqqını verim, işi bağlayaq. Dəfələrələ prokurorluğa getsəm də, heç bir nəticə olmadı.  

Ələkbər müəllim bildirdi ki, Elnarə yaxşı xanımdır, ona cinayət işi aça bilmərik. O qız başıma oyun açıb. Ələkbər müəllimlə əlbir olub, məni ələ saldı. Hər gün Ələkbər müəllim məni çağırırdı, sonra deyirdi get sabah gələrsən. Bir ay məni fırlatdı, axırda da nəticəsi olmadı. Ona görə də, Nəsimi Rayon Məhkəməsində iddia qaldırdım. Bir ilə yaxındır iş gedir, hələlik heç bir nəticə yoxdur. İşim hakim Rəşid Səmədovun icraatındadır. İki məhkəmə prosesi olub, heç birində Elnarə iştirak etməyib''. 
 

X.Fərzullayevanın vəkili Toğrul Allahyarov sayta açıqlamasında bildirib ki, şikayət əsasında E.Rzayeva barəsində cinayət işinin başlanmasını Nəsimi rayon Prokurorluğu və Polis İdarəsi rədd edib. 

Vəkilin sözlərinə görə, Elnarə Rzayeva tibbi və əczaçılıq fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyindən lisenziya almayıb. Hazırda da lisenziyasız fəaliyyətini davam etdirir. Səhiyyə Nazirliyi vəkil sorğusuna cavab verib ki, E.Rzayeva onlardan heç bir sertifikat almayıb. İstifadə etdiyi preparatların mənşəyi isə bilinmir. 
 
 

''Çünki dəfələrlə Vergilər və Səhiyyə nazirliklərinə müraciətlər etmişdik. Başqa bir vətəndaş Məmmədova Elnurə də həmin kosmetoloqdan şikayətçidir. Ona görə də Xatirə Fərzullayeva ilə birkildə həmin xanımın da iddiası var. Onlara tibbi prosedur ''Doktor Elnarə Rzayevanın Estetik Mərkəzi'' MMC və ''La sisters'' MMC-də həyata keçirilib''.

Saytın raşdırması nəticəsində X.Ferzullayevadan başqa bir neçə şəxsin E.Rzayevanın qurbanı olduğu məlum olub. Onlar Validə Firidunova, Aygün Məmmədova, G.O-ovadır. Həmin şəxslərin işi hüquq mühafizə orqanları tərəfindən araşdırılır. 

Səsləndirilən ittihamlara cavab almaq üçün qarşı tərəflə əlaqə saxlamaq cəhdləri boşa çıxıb. 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər