Ru
10:31 / 05 Noyabr 2016

Məşhur Gəncə qapıları gürcülərdən geri alınır - Kampaniya başladı/FOTO

29984

XII əsrdə gürcülər tərəfindən oğurlanaraq Kutaisi
rayonunun Helat monastırında saxlanılan məşhur Gəncə qapılarının geri alınması
üçün kampaniya başladılıb.

BakiPost.az xəbər verir ki, bu kampaniyaya "Space”
TV-nin keçmiş aparıcısı, tanınmış rejissor İdris Heydərlinin həmin qapıyla çəkdirdiyi
şəkli özünün feysbuk hesabında paylaşmasından sonra başlanılıb. Bir neçə
soydaşımız Gəncə qapılarının acınacaqlı vəziyyətə düşməsini əsas gətirərək
tezliklə onu gürcülərdən geri almaq niyyətlərində olduğunu yazıblar. Hətta hüquq
müdafiəçisi Ramiz Zeynalov şəxsi puluyla qapıları alıb Gəncəyə hədiyyə etmək
istədiyini, bununla bağlı artıq danışıqlara başlamaq istədiyini bildirib.

Məsələ ilə bağlı BakiPost.az-a danışan İdris Heydərli
həmin paylaşımından sonra artıq bir neçə imkanlı şəxsin bu işə maraq göstərdiyini
deyib:
"Mən burada rəsmi qurumlara müraciət edəcəyəm. Görək, bu qapını necə
almaq olar. Biz qapıları pul qarşılığında almaq istədiyimizi də bildirəcəyik.
Bu varianta razı olsalar, məbləğdən asılı olmayaraq, razılaşacağıq. Bizim
tariximizin bir parçası, Gəncənin simvollarından biri hələ də əsirlikdədir və məhv
olmaq üzrədir. Rəsmi qurumlar görünür, onu geri almaq istəmirlər, ya da bu,
mümkün olmayıb. Buna görə də, biz bir neçə nəfər fərd olaraq bu işlə məşğul
olacağıq. İnanıram, nəticə müsbət olacaq”.

Məlumat üçün bildirək ki, Gəncə qapıları Şəddadi hökmdarı
Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən
hazırlanıb. Bu nadir sənət incisi 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə
qarət məqsədi ilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılıb və
hazırda bir tayı Gürcüstanın Kutaisi rayonundakı Helat monastırında saxlanılır.
Helati monastırına gələnlərə guya, Gürcü çarının Gəncəni döyüşlə tutduğu və
darvazanın zəfər rəmzi kimi Gürcüstana gətirildiyi fikri aşılanır.

Nigar

Bakı Post


Məşhur Gəncə qapıları gürcülərdən geri alınır -  Kampaniya başladı/FOTO
Məşhur Gəncə qapıları gürcülərdən geri alınır -  Kampaniya başladı/FOTO
Məşhur Gəncə qapıları gürcülərdən geri alınır -  Kampaniya başladı/FOTO
Şərhlər
  • Əbəlfəz Babayev

    xeyir

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər