Ru
23:34 / 24 İyul 2017

Məşhur filosofun faciəvi sonu - Uşaqları xilas etmək istədi, özü öldü

888
Fransada 53 yaşlı filosof və yazıçı Anna Dyufurmantel suda boğulan iki uşağı xilas etmək istəyərkən ölüb. 


Oxu.Az-ın Independent nəşrinə istinadən xəbərinə görə, faciəvi hadisə Pampelon çimərliyində baş verib. 


Uşaqlara kömək etmək istəyən qadını güclü axın aparıb. 


Sonradan uşaqların köməyinə xilasedicilər çatıblar. Hazırda onların vəziyyəti normaldır. 


Qeyd edək ki, Dyufurmantel hesab edirdi ki, risk və təhlükə müasir həyatın ayrılmaz hissəsidir. O, risklərin təbiəti barədə bir neçə kitab da yazıb.


"Müasir dövrdə özünü təhlükəsiz hiss etmək mümkün deyil. Təhlükəsizlik - komfort illüziyadan başqa bir şey deyil. Yaşamaq böyük riskdir”, - yazıçı müsahiblərinin birində deyib.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər