Ru
09:28 / 14 İyun 2018

Meşələrin qırılmasına qarşı mübarizə davam etdiriləcək - Nazirlik

6005
Meşələrdə ağacların möhtəkirlər tərəfindən kəsilməsi hallarının qarşısının birmənalı alınması, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti görüş Quba rayon İcra Hakimiyyətində keçirilib.


Nazirliyin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət və bələdiyyə nümayəndələri iştirak edib.


Meşələrin mühafizəsi, rayon ərazisindəki meşələrdə qanunsuz qırıntı hallarının qətiyyətlə qarşısının alınması, bu sahəyə cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin daha da artırılması məsələsi görüşün əsas müzakirə mövzusu olub. Nazirlik tərəfindən meşələrə qənim kəsilənlərə qarşı qəti və barışmaz tədbirlərin görüləcəyi bildirilib.


Görüşün nəticəsi olaraq rayon ictimaiyyəti tərəfindən meşə ərazilərində ciddi ictimai nəzarətin təşkilinə dair qərar qəbul edilib.


Nazirlik tərəfindən digər rayonlarda da meşələrin mühafizəsi, qanunsuz qırıntıların qarşısının alınması və bu istiqamətdə qəti tədbirlərin görülməsi məqsədilə görüşlərin təşkili davam etdiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər