Ru
13:19 / 21 Sentyabr 2018

Məscidlərdən bayrağımız asılmalıdırmı? - Günün mövzusu jurnalistləri üz-üzə qoydu

3949
Məscidlərdə Azərbaycan bayrağının qaldırılması məsələsi ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib.


BakuPost xəbər verir ki, bir kəsim Aşura günlərində məscidlərdə qara bayraq qaldırılmasının əleyhinə olduğunu, onun yerinə Azərbaycan bayrağının qaldırılmasını təklif edib. 


İTV-nin yayım Şurasının üzvü, jurnalist Azər Həsrət isə bu təklifə kəskin reaksiya verməsiylə diqqət çəkib.


"Mənim dövlətimin bayrağının məsciddə, hansısa dini mərasimdə nə işi var?” deyə sual edən jurnalist fikrini Azərbaycanın dünyəvi dövlət olması ilə əsaslandırmağa çalışıb: "Aşura isə dövlətin həyata keçirdiyi tədbir deyil. Bu, müsəlmanların bir kəsiminin öz adətincə qeyd etdiyi icma mərasimidir. İndi dövlətə dəxili olmayan bir icma mərasimində mənim dövlətimin bayrağı niyə alət olmalıdır? Azərbaycan bayrağı belə mərasimlərə əsla alət edilə bilməz”.

 

Картинки по запросу azər həsrət


Azər Həsrətin sözlərinə görə, hər hansı yas mərasimində bayraqdan istifadə yalnız o halda yol veriləndir ki, yası tutulan şəxslər Azərbaycan dövləti üçün canlarını fəda etmiş olsunlar.


Mətbuat Şurasının İdarə heyətinin üzvü, "Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev isə Azər Həsrətin fikirlərinə qarşı gəlib. O, A. Həsrətin səhv düşüncədə olduğunu vurğulayıb və Azərbaycanın dövlət bayrağının istər rəsmi, istərsə də qeyri-rəsmi keçirilən bütün tədbirlərdə baş tacı olmalı olduğunu deyib:

 

 

"Azərbaycan dünyəvi dövlətdir, əhalisinin böyük əksəriyyəti müsəlmandır, İslam dininə mənsubdurlar. Məscidlər terror yuvası deyil, insanların ibadət məkanlarıdır. Biz Azərbaycan bayrağını hər yerdə dalğalandırmalıyıq, xüsusən də məscidlərdə... Əgər bunu etməsək mahiyyəti və mənası bəlli olmayan qara bayraqlar başımızda dalğalanacaq. Gəlin buna imkan verməyək”.

 

Yeni Müsavat qəzetinin məşhur yazarı Kənan Rövşənoğlu da müzakirələrə qoşularaq məscidlərdə bayraq asılmasının bu ildən tətbiq olunan yenilik olduğunu deyib:

 

Картинки по запросу kənan rövşənoğlu 

"Son illərdə məscidlərdə bütün dini simvol və bayraqlar yığışdırılıb. Azərbaycanda 2015-ci ildə qanunvercilikdə dəyişikliklərdən sonra məscidlərdə dini atributların asılması qadağan edilib. Bu ildən isə dövlət bayrağını məscidlərdə asmaq təklif olunub və əksər məscidlərdə artıq asılıb. Dövlət bayrağını məscidin içərisində deyil, bayırda asmaq normaldır. Azərbaycanda ictimai, dövlət binalarında, o cümlədən bayraq asılması normaldır. Məscidə gələnlər də Azərbaycan vətəndaşıdır və bu ölkənin əhalisinin 96 faizi müsəlmandır. Bu mənada bir qəbahət yoxdur. Ancaq məsələ ondadır ki, dövlət bayrağının məscidlərdən yığışdırılan dini simvolların, yəni başqa sözlə dini bayraqların əvəzinə təklif edilməsi yaxşı hal deyil. Çünki bu halda istər-istəməz insanların şüurunda din və dövlət qarşı-qarşıya dayanan, rəəqabət aparan güc kimi canlanır. Məsciddən bir bayrağı yığışdırıb, bir başqasını qoymaq dindarlarda mənfi assosasiya doğura bilər. Azərbaycan dünyəvi dövlətdir, Konsitutisiyaya görə din dövlətdən ayrıdır. Bir başqa sözlə dövlət məscidin içərisinə müdaxilə etmir. İndi isə paradoksal vəziyyət yaranır. Dövlət dini simvolu yığışdırıb dövlət simvolu asmağı tələb edir.Mənə elə gəlir ki, bu məsələdə daha dəqiq sərhədlər müəyyən olunmalıdır, hara qədər dövlət müdaxiləsi olar, hara qədər olmaz. Çünki bu cür müdaxilələr nəticə etibarı ilə cəmiyyətdə, xüsusən də dindar camiədə əks reaksiya doğurur”.
Məscidlərdən bayrağımız asılmalıdırmı? -  Günün mövzusu jurnalistləri üz-üzə qoydu
Məscidlərdən bayrağımız asılmalıdırmı? -  Günün mövzusu jurnalistləri üz-üzə qoydu
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər