Merkel yenidən kansler seçildi

1175
Martın 14-də Almaniya parlamenti – Bundestaq prezident Frank-Valter Ştaynmayerin təqdimatına baxaraq Angela Merkeli federal kansler postuna seçib.

BakuPost xarici KİV-ə istinadən xəbər verir ki, 63 yaşlı Angela Merkel 2000-ci ildən Xristian Demokrat İttifaqının sədridir. 1991-1994-cü illərdə qadınlar və gənclər naziri, 1994-1998-ci illərdə ətraf mühit və təbiətin mühafizəsi naziri postlarını tutub, 2005-ci ildən Almaniya kansleridir.

2017-ci il sentyabrın 24-də keçirilmiş parlament seçkisini Xristian Demokrat və Xristian Sosial ittifaqları alyansı udub. Sosial Demokrat Partiyası seçkidə ikinci yeri tutub. Yeni hökuməti Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı və Sosial Demokrat Partiyası qurur.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər