Ru
20:40 / 20 İyul 2017

Mənzil bazarında son vəziyyət - VİDEO

855
Yay mövsümü başlayandan mənzil bazarında durğunluq yaşanır.


BakuPost.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, rieltorlar xüsusilə də iyul ayında satışların çox aşağı düşdüyünü deyirlər.


Mənzillərin satışından fərqli olaraq kirayə bazarında əvvəlki aylara nisbətən canlanma müşahidə olunur. 


Universitetlərdə yeni dərs ilinin başlamasına az müddət qaldığına görə, əksər valideynlər indidən kirayə mənzil axtarışındadır. Bu isə tələbatın artması ilə qiymətlərə də təsir edib.


Ev-alqı satqısı ilə məşğul olan şəxslərin sözlərinə görə, mənzil bazarında durğunluq bu aylarda ənənəvi haldır.

Torpaq bazarına isə bağ mövsümü ilə əlaqədar olaraq xüsusi maraq var. Qiymətlər dəyişməz qalsa da, alıcı sayında nisbətən artım müşahidə edilir.

 

BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər