Ru
12:55 / 27 Aprel 2017

Mənşəyi məlum olmayan 1 ton ət aşkarlandı

861
Daşkəsən rayonunda polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı 1 tondan çox mənşəyi məlum olmayan ət aşkarlanıb.


Daşkəsən Rayon Polis Şöbəsindən (RPŞ) "Report”un Qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Nafiq Əliyevin idarə etdiyi "Hyundai” markalı yük avtomobilinə baxış keçirilən zaman oradan bir tondan çox mənşəyi məlum olmayan ət aşkarlanıb.

 


Daşkəsən Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən ətdən nümünə götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Polis tərəfindən dindirilən N.Əliyev ifadəsində əti rayonun Quşçu kəndində fəaliyyət göstərən ət-kəsim emalı fabrikinə apardığını bildirib.

Faktla bağlı Daşkəsən RPŞ-da araşdırma aparılır.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər