“Mən yaşayacam, çünki bunun üçün kifayət qədər səbəblərim var...” - İntihara cəhd edən jurnalist

1040
Bir müddətdir, intihar edəcəyilə bağlı anonslar verən, srağagün gecə isə düşdüyü depressiya səbəbindən xəstəxanaya yerləşdirilən tanınmış jurnalist Səbuhi Məmmədli artıq özünə gəlib və sosial şəbəkədəki səhifəsində status yazıb.
 
BakuPost jurnalistin optimizm dolu qeydlərini təqdim edir:

"Çox, həddən artıq gərgin idim. Ne etdiyimin fərqində deyildim. Hə, mən bataqlığa yuvarlanmışam. Və mən bu bataqlıqdan çıxacam. Hər şeyi, adamları, işimi, adımı, saglamlığımı qaytaracam....Mən bu bataqlıqdan çıxıb hamınız üçün sizin arzuladığınız Səbuhi olacam.

Bu həyat bizə bir dəfə verilir. Heç Allah da verməyib tam təsadüfən verilib. Düşün ki, kainatın heç bir yerində heç vaxt Səbuhi olmayıb və bundan sonra da olmayacaq. Bu şans milyardda bir sənə verilib. Niyə bunu sona qədər bacardıqca çox yaşamayasan! Mən şəxsən belə düşünürəm... Və mən yaşayacam. Çünki bunun üçün kffayet qədər səbəblərim var...
 
Hamınızı sevirəm..."
 
S.Məmmədli gənc yaşlarından Azərbaycan mətbuatının parlaq imzalarından biri olub. "525-ci qəzet”in ilk baş redaktoru olan jurnalist, sonradan "Yeni Müsavat”, "Azadlıq” qəzetlərində müxtəlif vəzifələrdə işləyib. O, son bir neçə il "APA Holding”də çalışıb. Burda fəaliyyət göstərdiyi müddətdə dünyanın ən qaynar nöqtələrində reportajları ilə diqqət mərkəzində olub. 
 
Səbuhi Məmmədli bir neçə ay əvvəl isə holdinqdən uzaqlaşdırılıb və iş axtarır.



ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər