Ru
17:28 / 21 Fevral 2017

Məmmədyarov Türkiyəyə getdi

947
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 22-də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və Ahmet Yasevi Universitetinin təşkilatçılığı ilə Ankarada keçiriləcək "Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Türkiyəyə səfərə yola düşüb.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən BakiPost.az-a bildiriblər ki, konfransın açılış panelində Türk Şurasının Baş katibi Ramil Həsənovun, Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarovun və Mövlud Çavuşoğlunun, eləcə də Türkiyə Baş nazirinin köməkçisi Toğrul Türkeşin çıxışı nəzərdə tutulub. Səfər əsnasında nazir Elmar Məmmədyarovun, həmçinin ikitərəfli görüşləri də planlaşdırılıb.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər