Ru
18:00 / 14 İyun 2018

Məktəblini maşın vurdu - Vəziyyəti ağırdır

1751
Sumqayıt şəhərində 16 yaşlı məktəbli qızı maşın vurub.


BakuPost Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində baş verib.


Sumqayıt şəhər sakini, 2002 -ci il təvəllüdlü Günel Ceyhun qızı Sadıxovanı yolu keçərkən naməlum avtomobil vurub. O, dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.


Qeyd edək ki, hadisə G.Sadıxova repititor yanından gələn zaman baş verib. 


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər