Məktəblilərin nəzərinə: Robototexnika Olimpiadasına qeydiyyat başladı

935
2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olunmasını nəzərə alaraq Qərbi Kaspi Universiteti "ADR 100 – Məktəblilərarası LEGO xəttizləyən və Arduino sərbəst layihələri” robototexnika olimpiadasını həyata keçirir. 

BakuPost xəbər verir ki, Olimpiada şərtlərinə əsasən respublika məktəblərinin 5-11-ci sinif şagirdlərinin 2 nəfərlik komanda şəklində olimpiadada iştirakı nəzərdə tutulub. Hər komanda qeyd olunan 2 kateqoriyadan yalnız birində iştirak edə bilər.

1. LEGO xəttizləyən

İştirakçı komandalar universitet tərəfindən təmin ediləcək olan LEGO EV3 robotları ilə onlara ayrılmış 2 saat ərzində xəttizləyən robot hazırlayıb əvvəldən təyin olunan xətt üzrə yarışacaqlar.

Qeydiyyat linki:


2. Arduino sərbəst layihələri 

İştirakçı komandalar qeydiyyatdan keçdikləri zaman hazırlayacaqları Arduino sərbəst layihəsi haqqında məlumat verəcək və universitet tərəfindən təmin olunacaq Arduino ilə onlara ayrılacaq olan müəyyən zaman ərzində öz layihələrini hazırlayıb münsiflər qarşısında təqdim edəcəklər. (Layihələrin məzmununa görə əlavə avadanlıqların istifadəsi icazə veriləcəkdir. Qeydiyyat bitdikdən sonra bu kateqoriya üzrə yarışa qoşulanlarla görüşlər keçiriləcəkdir.)

Qeydiyyat linki: 


Qeydiyyat başlayır: 16 may, 2018
Qeydiyyat bitir: 20 may, 2018
Olimpiada günü: 24-25 may, 2018

MÜKAFATLAR:

Qaliblər notebook, mobil telefon, tablet və digər qiymətli hədiyyələrlə təltif olunacaqlar. 
Digər iştirakçılara da Sertifikat və hədiyyələr təqdim olunacaq.

Ünvan: Əhməd Rəcəbli 3. Qərbi Kaspi Universitetinin Texnoparkı.

Tel: +994 12 565 39 74 (52-ci otaq, daxili nömrə: 105)
Mob: +994 50 263 63 70

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər