Ru
18:08 / 21 Sentyabr 2017

Məktəbli partlamamış top mərmisi tapdı - FOTO

792
Yevlax rayonunda məktəbdən evə gələn şagird yolda partlamamış mərmi tapıb.


"Report"un məlumatına görə, hərbi sursat hazırda işlək olmayan yun zavodunun həyətinin yaxınlığında aşkarlanıb. Məktəbli dərhal atası Qulu Quluyevə məlumat verib. 


Q.Quluyev adiyyatı qurumları məlumatlandırıb.


Hadisə yerinə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndələri baxış keçirib. Mütəxəssislər sakinlərin aşkarladığı yad cisimin 115 mm-lik top mərmisi olduğunu müəyyən ediblər. Hərbi sursat zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.


Qeyd edək ki, ərazidə Ağdamdan məcburi köçkün olan 7 ailə məskunlaşıb. Sakinlərin sözlərinə görə, mərmi tapılan ərazidə yüksək gərginlikli elektirik xəttləri keçdiyindən mərminin partlaması daha böyük təhlükəyə səbəb ola bilərdi.

 

BakuPost
Məktəbli partlamamış top mərmisi tapdı -  FOTO
Məktəbli partlamamış top mərmisi tapdı -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər